AZ

"Zirə" Sumqayıtda “Torpedo" ilə üz-üzə gəlir - CANLI YAYIM

"Zirə" Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu bu gün keçirəcək.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.

Tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

20:00. “Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan) 0:0

Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)

Seçilən
52
sportinfo.az

1Mənbələr