ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəklərini deyib.
Aznews.az xəbər verir ki, Tramp bunu NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“Heç vaxt İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Bu, hər şeydən daha vacibdir. Hazırda neftin qiymətləri sürətlə aşağı düşür. Düşünürəm ki, bu proses qısa müddətdə başa çatacaq. Əsas məqsədimiz nüvə silahlarının təhlükəli insanların əlinə keçməsinin qarşısını almaqdır. Hazırda İranın nüvə silahına sahib olmasının heç bir yolu yoxdur”, - Tramp bildirib.