ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq istədiyinə əmin olmadığını bildirib.
Aznews.az xəbər verir ki, o, bu barədə Ankarada keçirilən NATO sammitində jurnalistlərin sualına cavab olaraq bildirib.
Tramp qeyd edib ki, əvvəllər İran liderlərini çox rasional insanlar hesab edirdi, lakin onların son həftələrdəki addımlarından sonra fikrini dəyişib.
"Mən onları daha yaxşı tanıdım. Düşünürdüm ki, iranlılar daha rasionaldırlar, amma onların son bir və ya iki həftə ərzindəki atdıqları addımlardan aydın olur ki, onlar İran xalqının maraqlarına xidmət etmirlər", - Tramp bəyan edib.
ABŞ liderinin sözlərinə görə, Tehran razılaşma bağlamaq istəyir, lakin bunu necə edəcəyini bilmir.