AZ

ABŞ İrana qarşı əlavə zərbələr endirməyə başlayıb

Vaşinqton, 9 iyul, AZƏRTAC

ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı əlavə zərbələr endirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın açıqlamasında deyilir. Bildirilir ki, bu addım İranın Hörmüz boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək məqsədi ilə atılıb.

“Amerika Birləşmiş Ştatları kommersiya gəmiçiliyinə və mühüm beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı son zamanlar əsassız təcavüzə görə İranı məsul hesab edir”,- deyə açıqlamada vurğulanır.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
80
3
azertag.az

4Mənbələr