AZ

ABŞ və İran arasında gərginlik artır: Hər iki tərəf qarşılıqlı zərbələr barədə açıqlama yayıb

Bakı, 9 iyul, AZƏRTAC

ABŞ hərbi qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox qayığa hücum edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İran hədəflərinə bu ölkənin Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyan əlavə zərbələr endirdiyini bildirmişdi. Partlayışlar İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Buşehr əyalətinin bəzi yerlərində qeydə alınıb.

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi yeni hücumlarla bağlı bildirib ki, ABŞ İslamabad Anlaşma Memorandumunun birinci və ikinci bəndlərini pozur.

İran İnqilab Keşikçiləri Korpusunun qüvvələri də cavab olaraq Bəhreyn və Küveytdəki 85 ABŞ hərbi obyektinə zərbələr endirdiyini bildirib.

Seçilən
76
7
azertag.az

10Mənbələr