Vaşinqton, 9 iyul, AZƏRTAC
İrandan bir az əvvəl zəng etdilər. Onlar razılığa gəlməyi çox istəyirlər, sadəcə razılaşmaya layiq olub-olmadıqlarını bilmirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Razılaşmaya əməl edəcəklərini bilmirəm. Problem də budur. Biz onlara çox sərt zərbələr endirdik və deyirəm ki, biz onlara 20:1 hesabı ilə zərbə endirdik. Hər dəfə onlar bizə zərbə endirəndə eyni hesab ilə zərbə endirəcəyik",- deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton