AZ

Beynəlxalq Dəniz Təşkilatı: Yüzlərlə gəmi hələ də Hörmüz boğazını keçə bilməyib

Qahirə, 9 iyul, AZƏRTAC

Eskalasiyanın başlanmasından bəri təxminən 6 min dənizçinin olduğu yüzlərlə gəmi hələ də Fars körfəzində qalıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.

Bildirilib ki, ticarət gəmilərini hədəf alan hücumların davam etməsi fonunda gəmi heyətləri artan psixoloji və təhlükəsizlik riskləri ilə üzləşir.

 

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
60
2
azertag.az

4Mənbələr