ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ qoşunlarının Avropadan çıxarılması mərhələli və koordinasiyalı şəkildə həyata keçiriləcək və avropalı müttəfiqlər kritik çatışmazlıqları operativ şəkildə aradan qaldıracaqları təqdirdə bu proses NATO-nun potensialını zəiflətməyəcək.
Axar.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri, italiyalı admiral Cüzeppe Kavo Draqone deyib.
“Uzun illər ərzində ABŞ tərəfindən təmin edilən hərbi potensialın əvəzlənməsi prosesi artıq diqqətlə nəzarətdə saxlanılır. Amerika qüvvə və vasitələrinin yenidən yerləşdirilməsi ilə bağlı Avropadakı NATO müttəfiqləri və ABŞ arasında tam koordinasiya şəraitində plan hazırlanıb. Alyansın bu keçidi idarə etmək imkanları var. Mövcud şəraitdə avropalılar ilk növbədə havada yanacaq doldurma imkanlarının, radioelektron mübarizə vasitələrinin, kəşfiyyatın, uzaq məsafədən yüksək dəqiqlikli zərbə imkanlarının, eləcə də inteqrasiya olunmuş hava hücumundan və raketdən müdafiə sistemlərinin gücləndirilməsinə diqqət yetirməlidir”, - o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.