Elm və Təhsil Nazirliyi (ETN) nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı malların alınmasına 7 290 051 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, İdarə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərinə isə 1 790 255 AZN sərf edəcək.
Nazirliyə hər iki xidməti “Texno Lyuks M” MMC göstərəcək.
MMC ilə iki müqavilə bağlanıb. Görüləcək işlərin ümumi dəyəri 9 080 306 AZN-dir.
Cabir
Tarix: 9 İyul 2026, 10:57