AZ

Şəxsi müqavilə şərtlərində razılığa gəldi - Paytaxt təmsilçisi

“Arsenal” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersin transferində ciddi addımlar atır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bu yay “topçular”ın hücum xəttini gücləndirmək üçün əsas transfer hədəfinə çevrilib.

Bildirilir ki, Morqan artıq “Arsenal”la müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şəxsi şərtlərini razılaşdırıb.

“Aston Villa” isə ingiltərəli futbolçusunu satmağa yalnız 117-152 milyon avro aralığında təklif gələcəyi təqdirdə razılıq verməyə hazırdır.

Morqan ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə verib.

Seçilən
30
1
sportinfo.az

2Mənbələr