AZ

“Mançester Yunayted” 50 milyona “Çelsi” ilə anlaşdı

“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santosun keçidini yekunlaşdırmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Transferin dəyərinin təxminən 50 milyon funt sterlinq olacağı bildirilir.

22 yaşlı futbolçu ötən mövsüm 46 oyunda 8 qol və 6 məhsuldar ötürmə edib. Tərəflər arasında razılaşmanın qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.

Seçilən
54
idmanxeber.az

1Mənbələr