AZ

Mark Rutte: Ankarada çox uğurlu bir zirvə görüşü keçirdik

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, alyansın dövlət və hökumət başçılarının Ankarada keçirilən 36-cı zirvə görüşü “son dərəcə uğurlu” keçib və bir il əvvəl Haaqa sammitində qəbul edilən qərarlar tətbiq olunmağa başlayıb.

Məlumatı “Anadolu” yayıb. 

Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Rutte qeyd edib ki, görüşün əsas nəticəsi NATO-nun qəbul edilmiş qərarları həyata keçirmək qabiliyyətinin təsdiqlənməsi olub.

“Ankarada çox uğurlu bir zirvə görüşünü başa vurduq. Bu zirvə görüşünün mesajı sadədir: NATO çatdırır. Prezident Rəcəb Tayyib Ərdoğanın möhtəşəm qonaqpərvərlik göstərdiyi Ankarada bir il əvvəl Haaqada verilən öhdəliklər indi yerinə yetirilir”, - deyə o bildirib.

Baş katibin sözlərinə görə, ittifaq ölkələri müdafiə investisiyalarını artırmağa, yeni hərbi imkanları inkişaf etdirməyə və müdafiə istehsalını genişləndirməyə davam edirlər.

Rutte vurğulayıb ki, Avropadakı müttəfiqlər və Kanada kollektiv təhlükəsizliyin təmin edilməsi üçün böyük məsuliyyət daşıyırlar.

P.ƏMİRCANOV
XQ

Seçilən
59
1
xalqqazeti.az

2Mənbələr