Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçkilər keçiriləcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, seçkinin vaxtı dəqiqləşib.
Qurumun (yeni) başçısı iyulun 15-də müəyyənləşəcək. Sözügedən posta PFL-in hazırkı prezidenti Elxan Səmədov və AFFA-nın əməkdaşı Fərhad Ələkbərov namizəddir.
Seçkidə AFFA rəhbərliyi və Premyer Liqa klublarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, PFL-in hazırkı prezidenti Elxan Səmədov 2022-ci ildə bu vəzifəyə seçilib.
Mirağa