AZ

DÇ 2026 finalında ulduzlar paradı: Biber, Şakira və Madonna səhnədə

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə DÇ-2026-nın final matçının fasiləsində böyük musiqi şousu təşkil olunacaq.

İdman.Biz “Inside FIFA”ya istinadən xəbər verir ki, bu barədə FIFA rəsmi məlumat yayıb.

Finalın fasilə şousunda Castin Biber, Madonna, Şakira və BTS əsas iştirakçılar kimi səhnəyə çıxacaqlar. Burna Boy da proqramda yer alacaq.

Tədbirdə həmçinin dirijor Qustavo Dudamel, “PS 22 Chorus” və “Coldplay” də iştirak edəcək. Şounun kuratoru “Coldplay” qrupunun solisti Kris Martin olacaq.

Final şousu iyulun 19-da ABŞ-də, “New York New Jersey Stadium”da keçiriləcək həlledici oyunun fasiləsində baş tutacaq.

FIFA-nın məlumatına görə, proqram 11 dəqiqəlik yayım formatında təqdim olunacaq. Şou FIFA “Global Citizen Education Fund” layihəsinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, bu, dünya çempionatları tarixində final matçının fasiləsində təşkil olunacaq ilk rəsmi şou olacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr