AZ

Ömürlük cəza alan futbolçunun şikayəti təmin edilmədi

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu Muxtar Nəzərlinin danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırılması ilə bağlı qərardan şikayəti təmin edilməyib.

Futbolpress.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalının iclasında qərar qəbul olunub.

Futbolçunun danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
futbolpress.az

1Mənbələr