AZ

Bakı limanında bu ilin ilk yarısında 61 min TEU konteynerə yaxın yük aşırılıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın yük aşırılıb.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 % çoxdur. Hesabat dövründə limanda ümumilikdə 4 milyon tondan çox yük aşırılıb və ötən ilin eyni dövrü ilə müqayisədə 4 %-dən çox artım qeydə alınıb.

Seçilən
66
2
far.az

3Mənbələr