AZ

Paşinyan Moskvadan əliboş döndü: Rusiya geri addım atmadı

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri ölkənin ixrac problemlərinin həlli baxımından gözlənilən nəticəni verməyib.

Demokrat.az
"Qraparak" nəşrinə istinadən xəbər verir ki, iyulun 6-da Moskvada keçirilən görüşlərdən sonra Rusiya tərəfi Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlərlə bağlı mövqeyini dəyişməyib.

Bildirilir ki, Moskva əvvəlki kimi Ermənistan istehsalı olan bəzi məhsulların Rusiya bazarının tələblərinə cavab vermədiyini bildirərək məhdudiyyətlərin qüvvədə qalacağını vurğulayıb.

Məlumata əsasən, Paşinyan səfər zamanı ixrac məsələsində irəliləyiş əldə olunacağına ümid etsə də, danışıqlar Ermənistan üçün konkret nəticə verməyib. Nəşr yazır ki, Rusiya bu məsələdə əvvəlki mövqeyini qoruyub saxlayıb.

Jalə
Demokrat.az
Seçilən
10
1
demokrat.az

2Mənbələr