Seneqal Futbol Federasiyası milli komandanın yarımmüdafiəçisi Pap Queyeyə sərt sanksiyalar tətbiq edə bilər. Bu barədə Fransanın Foot Mercato saytı xəbər verib.
Mənbənin məlumatına görə, oyunçu həmçinin komanda yoldaşlarına hörmətsizlik etməkdə ittiham olunur.
27 yaşlı Queye milli komandada karyerasını dayandırdığı və məşqçilər heyəti dəyişdirilənə qədər geri dönməyəcəyini bildirib.
Xatırladaq ki, Seneqal 2026-cı il Dünya Kubokunda 1/16 finalda 86-cı dəqiqədə iki qol fərqi ilə irəlidə olduğu halda sonrakı dəqiqələrdə 3 qol buraxıb və Belçikaya məğlub olaraq 1/8 finala yüksələ bilməyib. Afrika komandasını Dünya Kubokundan kənarlaşdıran qol 120+5-ci dəqiqədə penaltidən vurulub. Queye cari Dünya Kubokunda dörd matçda iki qol vurub və bir məhsuldar ötürmə edib. Ümumilikdə, yarımmüdafiəçi milli komandada 45 oyun keçirib, yeddi qol vurub və iki məhsuldar ötürmə müəllifidir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"