AZ

Bu tələbələrə əlavə təqaüd veriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Su ehtiyatlarının idarə edilməsi” magistr proqramına qəbul olan bütün tələbələrə əlavə təqaüd veriləcək.

 

Müqaviləyə əsasən, Dövlət Agentliyi magistr proqramında təhsil alan həmin tələbələrə verilməsi üçün ADNSU-ya ümumilikdə 18 min manat vəsait köçürüb.

 

“Təhsil təqaüdü” adlanan bu vəsait 2025–2026-cı tədris ili üçün elan edilən “Su ehtiyatlarının idarə edilməsi” magistr proqramına qəbul olan tələbələrə veriləcək.

 

Məlumata görə, UFAZ-da ilk dəfə ötən ilin setyabrından tədris olunan “Su ehtiyatlarının idarə olunması və mühafizəsi” ixtisası üzrə magistr pilləsində hazırda 9 tələbə təhsil alır.

 

Xatırladaq ki, Dövlət Agentliyi ilə ali təhsil müəssisəsi arasında bu əməkdaşlıq su ehtiyatlarının idarə olunması sahəsində kadr potensialının artırılması məqsədi daşıyır./İqtisadiyyat.az/

Tarix: 9 İyul 2026, 12:02   
Seçilən
66
pravda.az

1Mənbələr