Hazırda Ukraynanın müqaviməti və müharibəni Rusiya ərazisinə daşıması artıq təkcə Putinin hakimiyyəti üçün deyil, bütövlükdə Rusiyanın gələcəyi və hətta parçalanması baxımından ciddi təhlükə yaradır. Məhz bu reallıq fonunda ABŞ Ukraynaya dəstəyini artırması və 2026-cı ildə NATO çərçivəsində təxminən 70 milyard dollarlıq hərbi yardımın nəzərdə tutulması təsadüfi deyil. Bu, artıq geosiyasi reallığın qəbul edilməsi və güc balansının dəyişdiyinin etirafıdır. Hətta bunu Trampa qarşı bir məcburiyyət hesab etmək olar".
Onun sözlərinə görə, Donald Trampın Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynada istehzalına lisenziya verməsi də Rusiyanın gələcək taleyi ilə bağlı ciddi nəticələr çıxarmağa əsas verir: "Bununla belə, hesab edirəm ki, proseslər hələ də dəyişə bilər. Vladimir Putinin hakimiyyətdən getməsi halında danışıqlar masası yenidən qurula və tərəfləri müəyyən dərəcədə qane edən nəticələr əldə etmək olar. Ancaq artıq bir həqiqət dəyişməzdir: Ukrayna artıq diktə edən tərəf olduğunu sübut edib. Kiyevi təkcə öz dövlətçiliyini deyil, həm də son dövrlərdə Avropanın təhlükəsizliyinin əsas sipərlərindən biri olduğunu bütün dünyaya nümayiş etdirir. Həmçinin, Türkiyədə keçirilən NATO sammitinin nəticələrini Rusiyanın sıxışdırılması və qlobal güc statusundan məhrum edilməsi istiqamətində ciddi dönüş nöqtəsi kimi qiymətləndirmək olar.
Türkiyənin F-35 proqramına qaytarılması və əldə olunan digər razılaşmalar Rusiya ilə neytral münasibətlər saxlayan, Moskvanın Qərbə açılan nəfəsliyi rolunu oynayan Ankaranın artıq NATO tərəfindən qəti şəkildə öz tərəfinə çəkildiyini göstərir. ABŞ və NATO-nun Türkiyə ilə bu razılaşması təkcə Ankaranın hərbi gücünün etirafı deyil, həm də Avropanın təhlükəsizliyi naminə strateji yaxınlaşmanın göstəricisidir.Donald Trampın siyasəti fonunda NATO daxilində yaranmış fikir ayrılıqları Türkiyəni Alyansın əsas oyunçularından və söz sahiblərindən birinə çevirib. Bu, NATO-nun birliyinin qorunmasına xidmət edir. Türkiyə NATO sammitindən sonra artıq qəti demək olar ki, Rusiya ilə bağlı ABŞ, NATO və Avropa ölkələrinin siyasi qərarı formalaşıb və son mərhələ həmin qərarın həyata keçirilməsidir".
Alim Hüseynli