AZ

“Ukrayna hakimiyyətinin Rusiya ilə müharibəni bitirmək üçün cəmi iki ayı var” - Çexiya Prezidenti

“Ukrayna hakimiyyətinin Rusiya ilə müharibəni bitirmək üçün cəmi iki ayı var. Bu baş verməsə, Kreml ciddi şəkildə gərginləşməyə cəsarət edə bilər”.

Missiya.Az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 20 sentyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərindən sonra ümumi səfərbərlik elan edə bilər.

Pavel qeyd edib ki, Putinin parlament seçkiləri bitməmişdən əvvəl səfərbərlik elan etməyə cəsarət etməsi ehtimalı azdır.

Çexiya Prezideti müttəfiqlərini qarşıdakı həftələrdə sülh danışıqlarına nail olmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

"Rusiyanın hazırda bir çox daxili problemləri və çətinlikləri var. Rusiya ictimaiyyəti getdikcə müharibəyə qarşı çıxır. Putin üçün ölkə daxilində sülhü qorumaq çətin olacaq ", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
66
missiya.az

1Mənbələr