Ukrayna Rusiya infrastrukturuna nə qədər güclü zərbələr endirərsə, Rusiya bufer zonasını bir o qədər çox genişləndirəcək.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov, ABŞ Prezidenti Donald Trampın Rusiya infrastrukturuna endirilən zərbələrin hərbi əməliyyatları başa çatdırmağa kömək edəcək bir eskalasiya olması barədə son bəyanatlarını şərh edərkən bildirib.
"Sonrakı eskalasiya, ola bilsin ki, hərbi əməliyyatı müəyyən dərəcədə uzadacaq, dəqiq deyə bilmərik ki, nə qədər, lakin bu, bizim daha böyük təhlükəsizlik zonası, daha böyük bufer zonası yaratmaq məcburiyyətində qalmağımıza gətirib çıxaracaq", - Peskov deyib.
Onun sözlərinə görə, gərginliyin artırılması, eskalasiya məcrasındakı hərəkətlər Ukrayna ətrafındakı sülh prosesinə heç bir halda kömək etməyəcək.
Bundan əlavə, Peskov qeyd edib ki, Trampın daha əvvəl qeyd etdtiyi kimi, dünən Rusiya Prezidenti Vladimir Putinə zəng etməyib.