AZ

Şimali Koreyadan gələn yeni hərbçilər Rusiyada təlimə cəlb olundu VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə Şimali Koreyadan cəlb olunan yeni hərbçilərin Rusiyadakı poliqonlarda hazırlıq keçdiyini əks etdirən görüntülər yayılıb.Bizim.Media xəbər verir ki, görüntülərin Ukraynaya qarşı mümkün hücum əməliyyatlarında iştirak edəcək hərbçilərin təlimini əks etdirdiyi iddia olunur.Hələlik görüntülərin harada və nə vaxt çəkildiyi, eləcə də videodakı şəxslərin həqiqətən Şimali Koreya hərbçiləri olub-olmadığı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.Qeyd edək ki, bundan əvvəl də Ukrayna və Qərb kəşfiyyat orqanları Şimali Koreyanın Rusiyaya hərbi personal və silah-sursat göndərdiyini bildirib.Moskva və Pxenyan isə bu məlumatları təkzib etməyib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
bizim.media

2Mənbələr