Onu döyən ərini polisə verdi, sonra da bağışladı
Bakının Sabunçu rayonunda 45 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qorxmaz həyat yoldaşı Almaz (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə münasibətləri zəminində yaranan mübahisə zamanı Qorxmaz həyat yoldaşını vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Qorxmaza Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışdığı məlum olub. O bildirib ki, əməlindən peşmandır və zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən Qorxmaz cinayət məsuliyyətindən azad edilib, barəsində aparılan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli