ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Sabunçu rayonunda 45 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qorxmaz həyat yoldaşı Almaz (adlar şərtidir – red.) ilə mübahisə edib.Aralarında ailə münasibətləri zəminində yaranan mübahisə zamanı Qorxmaz həyat yoldaşını vuraraq ona xəsarətlər yetirib.Faktla bağlı Qorxmaza Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışdığı məlum olub. O bildirib ki, əməlindən peşmandır və zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi yoxdur.Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən Qorxmaz cinayət məsuliyyətindən azad edilib, barəsində aparılan cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.