AZ

Qurban Qurbanov: “Bizim üçün məsuliyyətli qarşılaşmadır”

\"Çox vacib matçdır və bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli qarşılaşmadır”.

\"Report”un məlumatına görə, bunu \"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın \"Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib:

\"Belə klublardan böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir”.
Seçilən
116
9
azxeber.com

10Mənbələr