Cins şalvarlardakı kiçik cibciklərə yəqin diqqət yetirmisiniz. Bu ciblər boş yerə deyil!
Azerforum bildirir ki, əslində onların varlığı hər kəsin həyatını bir müddət asanlaşdırıb. Bəziləri bura pul və ya alışqan qoysalar da, bu ciblərin əsas məqsədi bu deyil.
Bu gün istifadə etdiyimiz rəqəmsal saatlardan əvvəl insanlar zəncirli saatlardan istifadə edirdilər. Bu kiçik ciblər zəncirlənmiş saatları saxlamaq üçün nəzərdə tutulmuşdu.
Ona görə də bu ciblərə “saat cibləri” də deyirlər.
Fatimə
Azerforum.com