"Apple" qatlana bilən "iPhone" yaratmaq üzərində işləyir.
Sfera.az xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.
Onun artıq 2026-cı ildə buraxılması mümkündür.
Şirkət yeni smartfon üçün komponentlərin tədarükü üçün Asiyadakı təchizatçılara müraciət edib.
Yeni qatlana bilən "iPhone" ilk dəfə 2020-ci ildə buraxılan "Samsung Galaxy Z Flip" model smartfonlarına bənzəyəcək.
İnci
sfera.az