İdman 10:51 30.09.2022

Azərbaycan Premyer Liqasında 8-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da başlayacaq. Hazırda bölgə təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib. Bunların 5-də "dənizçilər", 9-da "qırmızı-qaralar" qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir - 33:19. Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası

VIII tur

30 sentyabr (cümə)

19:00. "Səbail" - "Qəbələ"
 
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
"ASCO Arena”.

"Qarabağ" - 18, "Neftçi" - 18, "Sabah" - 16, "Qəbələ" - 12, "Turan Tovuz" - 10, "Zirə" - 10, "Səbail" - 5, "Kəpəz" - 3, "Sumqayıt" - 3, "Şamaxı" - 2
 
Səbuhi Həsənov