Ölkə 12:44 11.05.2022

Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olundu

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib.

Bu barədə Qaynarinfo-ya Təhsil Kompleksindən məlumat verilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Aqşin Bağırov heyətə təqdim olunub.

O, Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- tərbiyə sahəsində sadalanan istiqamətlər üzrə müvafiq işlərin görülməsinin prioritet məsələ olduğunu qeyd edərək qarşıya qoyulan vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verib.