Dünya 09:34 16.08.2022

Krımda ardıcıl partlayışlar: Rusiya MN açıqlama yaydı (YENİLƏNİB/VİDEO)

Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib.

Qaynarinfo TASS-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir:

"Hadisənin səbəbləri araşdırılır”.

10.10
 
Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər. 

Bu arada Krımın Canköy rayonunda ikinci partlayış baş verib. "RBK Ukraina”nın məlumatına görə, ərazidəki transformator yarımstansiyasında da partlayış olub. 

"Respublika başçısının informasiya siyasəti üzrə müşaviri” Oleq Kryuçkovun sözlərinə görə, Krımın şimalındakı Canköy rayonunun Mayskoye kəndində baş vermiş hadisənin təfərrüatları və şəraiti araşdırılır, bütün respublika xidmətləri yerində işləyir.

"Canköy rayonunun Maiskoye kəndində baş vermiş hadisənin təfərrüatları və şəraiti araşdırılır. Bütün respublika xidmətləri yerində işləyir. Hər kəsdən xahiş edirəm ki, versiyalar uydurmasınlar, yaxın vaxtlarda ortaya çıxacaq rəsmi məlumatı gözləsinlər”, deyə Kryuçkov "Telegram" kanalında yazıb.

Krımın "rəhbəri” Sergey Aksyonov hadisə yerinə təcili olaraq Canköy yaxınlığındakı Mayskoye kəndinə getdiyini bildirib.

Öz növbəsində qəsəbə administrasiyası döyüş sursatının partladığını bildirib. Maiskoye kəndinin sakinləri təxliyə edilir. Artıq 2 minə yaxın insan təxliyə edilib.

09.34
 
Krımın Canköy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissədə partlayış olub.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

"Canköy rayonunun Qalay (indiki Azov) kəndindəki hərbi hissəyə uğurlu zərbə endirilib. Bir saatdır ki, partlayış səsləri eşidilir", deyə Çubarov yazıb.

O, əlavə edib ki, mərmilər onlar silah-sursat anbarına düşüb, partlayış səsləri çöllərə yayılıb.

Aydın