Dünya 15:52 28.07.2022

Payızda Rusiya işğal etdiyi Ukrayna ərazilərini özünə biləşdirə bilər - Duma deputatı

Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas bu payızda yeni ərazilərin Rusiyaya birləşdirilə biləcəyini deyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında " target="_blank" title=" ">bildirib.

Klişasın fikrincə, yeni ərazilərin Rusiya Federasiyasının "hüquqi məkanına" inteqrasiyası "parlamentin bu il payız sessiyasının ən mühüm vəzifəsi" ola bilər.

Daha əvvəl senator təxribatla bağlı maddənin Rusiya Cinayət Məcəlləsinə qaytarılması təklifindən danışıb və həmçinin bildirib ki, Ukraynanın Krım körpüsünə hücumla hədələməsi bütün ölkədə "denazifikasiya və demilitarizasiya”nın zəruriliyini təsdiqləyir.
 
Alpər