Dünya 10:20 15.07.2022

Trampı “böyüdən” birinci həyat yoldaşı İvana vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.

Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər verir.

İvana və Donald Tramp 1977-ci ildə evlənib, 15 ildən sonra boşanıblar. Üç övladları var - böyük oğlanları Donald Junior, böyük qızları İvanka və Erik Tramp.

İvana Tramp Çexiyada anadan olub.

Onun Donald Trampla evliliyi bu gənc cütlüyü 80-ci illərdə Nyu Yorkda məşhur medianın diqqət mərkəzinə gətirib və bu səbəbdən onların boşanma hekayəsi uzun müddət dillərdən düşməyib.

İvana Donald Trampdan ayrıldıqdan sonra öz biznesini qurub, geyim və moda dünyasında çalışıb.

2017-ci ildə işıq üzü görən "Trampı böyütmək" kitabında o, öz həyat tarixçəsini və Donald Trampla birlikdə üç övladını necə böyütdüyünü yazıb.

Tramp İvananın ikinci əri olub. Birinci əri Alfred Vinklmayr İvananın Avstriya vətəndaşlığını almaq üçün evləndiyini bildirdiyi avstriyalı xizək təlimatçısı və dostu olub.

1976-cı ildə o, Nyu Yorka köçüb gənc Donald ilə görüşməzdən əvvəl Kanadada xizək üzrə təlimatçı və model kimi çalışıb.

Associated Press xəbər verir ki, polis ölümün səbəbinin təsadüfi ola biləcəyini güman edir.

Mənbələr xəbər agentliyinə bildiriblər ki, xanım Tramp Nyu Yorkdakı evində pilləkənin yanında huşsuz vəziyyətdə olub və onun yıxılmış ola biləcəyi güman edilir.

M.Arif