Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə növbəti köç karvanı yola salınıb
Tərtər, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmı...