EN

“Qazprom” və SOCAR strateji tərəfdaşlığı genişləndirir

“Qazprom” və SOCAR strateji tərəfdaşlığı genişləndirir

“Qazprom” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi haqqında razılığa gəlib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un məlumatında deyilir.

“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində tədbirlərdə iştirak edib.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Xüsusilə, söhbət “Şimal-Cənub” layihəsindən və 2024-cü ilin sentyabrında Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramının imzalanmasından gedir. Çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, - deyə A.Miller qeyd edib.

Fəridə Abdullayeva

Moskva

Mənbə: AZƏRTAC

Chosen
92
22
ilk.az

10Sources