EN

“Araz-Naxçıvan” İsveçə 14 futzalçı ilə yola düşdü

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” bu gün səhər saatlarında İsveçə yollanıb.

Arena.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək.

Baş məşqçi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin matçlarına 3-ü qapıçı olmaqla 14 futzalçı aparıb. Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.

Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov;
Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Kadinyo, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Yaniç Aleksandar, Covanni Valerio, Kayke Aledes De Oliveyra, Yaqo Henrike.

Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və Yaqo Henrike “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.

Azərbaycan çempionu avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

Chosen
89
26
arena.az

10Sources