EN

Polşanın sabiq prezidenti pensiyasının azlığından şikayətlənib

Bakı. Trend:

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski (1995-2005)pensiyasının yetərli olmadığından şikayətlənib.

Trend xəbər verir ki, bu barədə gazeta.pl internet portalınasiyasətçinin özü bildirib.

Onun sözlərinə görə, hazırda prezident təqaüdü təxminən 12 minzlotı (təxminən 3,117 dollar) təşkil edir ki, ondan da vergiödəməlisən. “Bu məbləğ mənim böyük ailəm üçün yetərli deyil. Odurki, əlavə pul qazanmaq lazım gəlir ”, - deyə Kvasnevskinarazılığını dilə gətirib.

Sabiq dövlət başçısı əlavə edib ki, onu işləməyə vadar edəntəkcə maddi səbəblər deyil: “Nə qədər ki, insanı dəvət edirlər, nəqədər ki, dinləmək istəyirlər, o zaman buna sevinə bilərsiniz. Bu odeməkdir, mən lazımam, hələ də bir şey edə bilərəm”.

Bundan əvvəl 1990-1995-ci illərdə Polşa prezidenti vəzifəsindəçalışmış Nobel Sülh Mükafatı laureatı Lex Valensa da maddisıxıntılarından danışıb. O bildirib ki, ayda 11-13 min zlotı(təxminən 2850-3370 dollar) təşkil edən prezident təqaüdününməbləğindən razı deyil. “Razı olsaydım, göbələk yığmağa, yaxudbalıq tutmağa gedərdim, amma yenə də dünyanı gəzərək işləyirəm”, -deyə Valensa şikayətlənib.

Chosen
2
3
az.trend.az

4Sources