
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Maksimo Perrone karyerasını İtaliyada davam etdirəcək.
Â
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira bildirib.
Â
Onun sözlərinə görə, 21 yaşlı yarımmüdafiəçi icarə əsasında "Komo"da çıxış edəcək. A Seriyası təmsilçisi mövsümün sonunda oyunçunu almaq hüququna malik olacaq.
Â
Qeyd edək ki, Maksimo Perrone ötən mövsüm icarə əsasında İspaniya təmsilçisi "Las Palmas"da çıxış edib.