
Avqustun 22-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
Â
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Â
Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Â
İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaqlar. Saat 11:00-dan etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.