EN

Toyda başlayan dava ölümləNƏTİCƏLƏNDİ

Şərur rayonunun Həmzəli kənd sakini, 34 yaşlı Sitarə Qasımovaya bıçaqla xəsarətlər yetirən şəxsin məhkəməsi başa çatıb.

Sfera.az xəbər verir ki, hadisəni törədən 1983-cü il təvəllüdlü Əliyev Afəddin İsrafil oğlu Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Afəddinin qardaşı 1988-ci il təvəllüdlü Sultan Əliyev 2009-cu ildə Sitarə ilə evlənib.
 

Lakin 2021-ci ildə onlar boşanıblar. Bundan sonra tərəflər arasında alimentə görə problemlər yaranıb. Sultanın 3 min manata yaxın aliment borcu yığılıb və qadının şikayətindən sonra o, 10 gün inzibati həbs edilib.
 

Daha sonra Sultan işləmək üçün Bakıya gəlib. O, 2023-cü il iyunun 10-da Mehdiabad qəsəbəsində toyda olarkən Sitarənin 1991-ci il təvəllüdlü qardaşı Hüseynlə mübahisə edib. Tərəflər arasındakı münaqişə zəminində Hüseyn Sultanı bıçaqlayaraq öldürüb.
 

Bundan sonra Afəddin qardaşını qətlə yetirən şəxsin ailəsindən qisas alacağını deyib və bu il aprelin 8-də Bakıdan Naxçıvana gedib. Orada bıçaq alıb və Sitarənin yaşadığı evə gizli daxil olaraq ona üç bıçaq zərbəsi endirib.


Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 19 avqust tarixli hökmü ilə A.Əliyevə 9 il 6 ay həbs cəzası verilib. (Qafqazinfo)

Chosen
115
12
sfera.az

10Sources