
Minnesota ştatının qubernatoru Tim Uolts noyabrın 5-də keçiriləcək seçkilərdə Demokratlar Partiyasından ABŞ-nin vitse-prezidenti vəzifəsinə namizəd olmağa razılıq verdiyini rəsmən açıqlayıb.
APA xəbər verir ki, Uolts bu barədə Demokratların Çikaqoda keçirilən milli qurultayında çıxışı zamanı bildirib.
“Mən ABŞ-nin vitse-prezidentliyinə namizəd olmaqdan şərəf duyaram”, - qubernator vurğulayıb.