EN

UEFA Konfrans Liqası: “Omoniya” - “Zirə” oyununda beşinci qol vurulub - YENİLƏNİB 6

UEFA Konfrans Liqası: “Omoniya” - “Zirə” oyununda beşinci qol vurulub - YENİLƏNİB 6

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” klubları arasında keçirilən görüşdə növbəti qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda baş tutan qarşılaşmanın 60-cı dəqiqəsində rəqibin heyətində Eurandro qol müəllifi olub – 5:0.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

22:20

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” klubları arasında keçirilən görüşdə növbəti qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda baş tutan qarşılaşmanın 54-cü dəqiqəsində rəqibin heyətində Mariusz Stepinski komandasının dördüncü özünün ikinci qoluna imza atıb.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

22:10

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasındakı görüşdə ikinci hissə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmada ev sahibi komandanın 3:0 üstünlüyü var.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:54

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə növbəti qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın ilk hissəsinə əlavə olunan birinci dəqiqədə rəqibin heyətində Mariusz Stepinski fərqlənib.

Bununla da görüşün birinci hissəsi ev sahibinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:44

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə ikinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 34-cü dəqiqəsində rəqibin heyətində Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib - 2:0.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:18

Bakı, 22 avqust, AZƏRTAC

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə hesab açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində rəqibin heyətində Amin Xammas fərqlənib.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:01

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüş başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

Komandalar arasında cavab matçı bir həftə sonra Bakıdakı “Liv Bona Dea Arena”da oynanılacaq.

Mənbə: AZƏRTAC

Chosen
132
18
ilk.az

10Sources