EN

“Real Madrid” futbolçunu icarəyə verib

İspaniyanın “Real Madrid” komandası futbolçusu Mario Martini icarəyə verib.

Klubun rəsmi saytı bildirir ki, 20 yaşlı yarımmüdafiəçisi 2025-ci ilin yayınadək İspaniyanın digər təmsilçisi “Valyadolid”də çıxış edəcək.

Madridlilərin yetirməsi olan oyunçu ötən ilin yanvarında əsas komandada debüt edib. O, ümumilikdə 4 oyun keçirib.

Qeyd edək ki, “Valyadolid” İspaniya çempionatına “Espanyol” üzərində 1:0 hesablı qələbə ilə başlayıb. Kollektiv avqustun 25-də səfərdə “Real Madrid”lə qarşılaşacaq.

Chosen
62
6
azpost.info

7Sources