Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 10-da keçiriləcək Latviya – Farer adaları oyununun UEFA nümayəndəsi olacaq. C Liqasının 4-cü qrupunun qarşılaşması Riqa şəhərində yerləşən “Skonto” stadionunda keçiriləcək.