EN

Ödənişli yolda tariflər endirilməlidir - Təklif

"Müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması  yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib. Vahid Əhmədov həmçinin qeyd edib ki, 2023-cü ildə cənab Prezidentin fərmanı ilə ölkənin ərzaq buğdası ilə təmin edilməsi üçün dövlət büdcəsindən 200 milyon manat ayrılıb: "2024-cü ilin dövlət büdcəsində bu məqsəd üçün 60 milyon manat, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 502,0 milyon manat vəsait nəzərdə tutulub. Ayrılan vəsaitin düzgün xərclənməsi ərzaq bazarında qiymətlərə öz müsbət təsirini göstərməli və bu sahədə idxaldan asılılığı azaltmalıdır. Çünki idxalın da 2023-cü ilə nisbətən 2024-cü ildə 8.3% artaraq 16,1 milyard manata çatacağı proqnozlaşdırılır".Deputat həmçinin qeyd edib ki, Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir: "Azı 2-3 dəfə rayonda oldum, amma yolda maşın yox idi. Yalnız beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidir".

Chosen
293
12
olaylar.az

10Sources