EN

Zaqatalada “Opel” ağaca çırpıldı: ölənlər var

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. “Opel” markalı avtomobil BMV ilə toqquşduqdan sonra ağaca çırpılıb. Nəticədə “Opel” də olan sərnişinlər - 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
94
7
buta.tv

10Sources