EN

"Dinamo" azarkeşləri üçün "Qarabağ"la Bakıdakı oyuna bilet 12 avro olacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nun (Zaqreb, Xorvatiya) azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.

Rəqib komandanın tərəfdarları üçün bir biletin qiyməti 12 avro (22 manat) təşkil edəcək.

Avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.

www.anews.az
Chosen
132
50
anews.az

10Sources