EN

İsveç şirkəti yeni qırıcı təyyarə istehsal edəcək

Bakı. Trend:

İsveçin “Saab” təyyarə istehsalı və müdafiə sənayesi şirkətidaha bir qırıcı təyyarə istehsal etmək niyyətindədir.

Trend xəbər verir ki, şirkət artıq 2025-ci ilin sonunadək hazırolacaq prototipin eskizini yaratmaq üzərində işləyir.

“Saab”ın rəhbərliyi ümid edir ki, bütün bunlar hökumətin xariciistehsalçılardan qırıcılar almaq qərarına təsir edəcək.

“Advanced” proqramının meneceri Peter Nilsson deyir: “Xariciekspertlərin layihənin baha başa gələcəyi fikri illə razı deyilik.Şəxsi heyət təlim keçib və qırıcı təyyarəni yaratmağahazırdır”.

Onun sözlərinə görə, 1980-ci ildə “JAS 39 Gripen-E”nin inşasıilə bağlı müzakirələr zamanı da eyni məsələ qaldırılıb. Lakinqırıcı yalnız 1997-ci ildə istifadəyə verilib və o vaxtdan İsveçHərbi Hava Qüvvələrində xidmət göstərir.

Peter Nilsson əlavə edib: “NATO üzvü olan şimal ölkələrindəAmerikanın F-35 təyyarələri var. Bu, xoşagəlməz hiss yaradır ki,biz ittifaqda olduğumuz üçün hamı eyni avadanlığa sahibolmalıdır”.

Şirkətin məqsədi prototipin yeni döyüş təyyarəsi sistemininəsasına çevrilməsidir.

İsveç hökuməti 2030-cu ildə yeni döyüş təyyarələri sistemi iləbağlı qərar verməyi planlaşdırır, “Saab” isə iki böyük Avropalayihəsindən birində iştirak etmək üçün artıq çox gec olduğunubildirir.

“Əgər Riksdaq (parlament - red.) xaricdən yeni qırıcı təyyarəalmaq qərarına gəlsə, bunun böyük fəsadları olacaq. Biz şirkətiyenidən strukturlaşdırmaq məcburiyyətində qalacağıq və orada 6000mühəndis saxlamağın mənası olmayacaq”, - deyə P.Nilssonbildirib.

Chosen
377
7
az.trend.az

10Sources