EN

Siyavuş Novruzov: Verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil

Dəfn pullarının miqdarı artırılmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil:

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç onda birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”.

Chosen
303
17
apa.az

10Sources