"Daily Mail" bu yay Ağ Evdəki şkaflardan birində tapılan kokainin fotoşəkillərini paylaşıb.
Publika.az xəbər verir ki, nəşrin yazdığına görə, bu fotolar ilk dəfədir ki, yayımlanır.
Kokain iyulun 2-də, prezidentin oğlu Hunter də daxil olmaqla, Bayden ailəsinin həftəsonunu Kemp Deviddə keçirərkən Locker 50-də tapılıb. Həmin maddənin qanunsuz narkotik vasitə olduğu müəyyən edilib. Bu, Qərb qanadının boşaldılmasına və Ağ Evin ətrafındakı küçələrin bağlanmasına səbəb olub, 11 günlük araşdırmaya başlanılıb.
.jpg)
"Daily Mail"in əldə etdiyi sənədlər də FTB-nin direktor müavini Paul Abbatenin istintaqda iştirak etdiyini göstərir.

“Məxfi Xidmət “dəlil çatışmazlığı” səbəbindən təhqiqatı iki həftədən az müddətdə bağlayıb. Şübhəlilərin siyahısı 500 nəfərə qədər azaldılıb, lakin CCTV görüntüləri sahibini müəyyən edə bilməyib”, - deyə nəşr yazır.